Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2016 18:40

Silahlı Qüvvələrdə "Açıq qapı" günü başa çatıb

Bu gün Silahlı Qüvvələrdə keçirilən "Açıq qapı" günü başa çatıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olaraq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.
Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.