Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2015 09:00

Silahlı Qüvvələr gününə həsr olunmuş mahnı musabiqəsinə start verilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi- vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər. Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcəkdir.
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videorolikini elektron ünvana göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya festival@gim.az elektron ünvanına göndərmək olar.
Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək və hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elktron səs vermək imkanına malik olacaqdır.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcəkdir.Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdə şəhərlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci il tarixədək qeydiyyatdan keçmək vacibdir.

Silahlı Qüvvələr gününə həsr edilmiş hərbi-vətənpərvərlik mövzusunda keçirilən mahnı müsabiqəsinin Əsasnaməsini bu linkdən istifadə edərək yükləyə bilərsiniz.

Silahlı Qüvvələr gününə həsr edilmiş hərbi-vətənpərvərlik mövzusunda keçirilən mahnı müsabiqəsi iştirakçısının anketini isə bu linkdən istifadə edərək yükləyə bilərsiniz.