AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər. Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.