Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2021 14:59

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.
Tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.
Görüşdə iştirak edən  qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədə gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri  şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.