Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2012 09:00

“Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb

Aprelin 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı”na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə “Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb.
İki gün davam edəcək seminarda Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir. Seminarda “Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları”, “Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri”, “Qayda-qanun və tabeçilik”, “İntizam qanunu” mövzularında müzakirələr aparılacaq.