Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2018 19:58

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqdır.
Səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi  nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcəkdir.
Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaqdır.