Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 17:36

Şəmkirli gənclər “Əsgərə Məktub” layihəsinə qatılıb

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi ön xətdə xidmət edən hərbi qulluqçulara mənəvi dayaq olmaq, ictimaiyyətlə ordu arasında birliyi daha da gücləndirmək məqsədilə keçirilən “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif  regionlarında davam etdirir.
Növbəti tədbir Şəmkir rayon icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəmkir şəhərində keçirilib.
Görüşdə çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətənimizin müdafiəsinə hər an hazır olan gənclər yetişdirmək, onlara hərbi vətənpərvərlik ruhunu aşılamaqdır. Tədbir çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.
Şəmkir rayon ictimaiyyəti, şagirdlər, müharibə veteranları videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdıraraq, daim onlara dəstək olduqlarını vurğulayıblar. Məktublar  “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən ön xətdə xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbirin sonunda müharibə veteranlarına Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.