Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2015 09:00

Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Müdafiə Nazirinin təsdiq etdiyi plana əsasən Şəmkirdə yerləşən N saylı hərbi hissədə rayon təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Rayonun 7 orta təhsil müəssisəsindən 120 nəfər şagird və onları müşayət edən müəllimləri hissə komandanlığı adından salamlayan polkovnik Elşad Əbilov onlara hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerlşən obyektlər barədə məlumat verərək şəxsi heyətin məişət şəraiti ilə tanış edib.
Qonaqlar Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani şəkildə tanış olublar. Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Şagirdlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə, o cümlədən "Hər birimiz Mübarizik, Fəridik!" adlı qəhrəmanlıq balladasına baxıblar.
Tədbirin sonunda qonaqlar əsgərlərə birlikdə nahar ediblər.