Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2017 20:30

Şəmkirdə Silahlı Qüvvələrdə vətənpərvərlik tədbirləri həftəsinə start verilib

Mayın 4-də Şəmkir şəhərindəki hərbi birlikdə “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında Silahlı Qüvvələrdə vətənpərvərlik tədbirləri həftəsinə start verilib.
Əsgər və zabitlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Azərbaycanın Dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, mayın 4-dən 11-dək Silahlı Qüvvələrdə “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında vətənpərvərlik tədbirləri həftəsinə start verilir. Vətənpərvərlik həftəsi regionlarda silsilə tədbirlərlə davam edəcək.
Müdafiə Nazirliyinin mənəvi–psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, şəmkirlilər həmişə orduya və ordu quruculuğuna dəstək olublar. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən danışan natiq bildirib ki, bu siyasətin təməli hələ sovet dövründə, Ulu Öndər tərəfindən C.Naxçıvanski adına hərbi lisey yaradılanda qoyulub. Bu gün Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, ölkəmiz daha bir beynəlxalq yarışa - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu yarışların ölkəmizdə keçirilməsi, eləcə də bundan əvvəlki mötəbər idman turnirlərinə uğurla ev sahibliyi etməsi Azərbaycanın dünyada artan müsbət imicindən xəbər verir. Bütün bunlar məhz ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
General-mayor Xəqani Cəbrayılov çıxışında ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb, müstəqil Azərbaycan Ordusunun bugünkü qüdrətindən söz açıb.
Sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon icra hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Aybəniz Nəsibova və hərbi birliyin zabiti, mayor Bəxtiyar Məmmədov çıxış ediblər.
Çıxışlardan sonra “Heydər Əliyev ideyalarına sadiqik” vətənpərvərlik tədbirləri həftəsinə start verilib.
Vətənpərvərlik tədbirləri həftəsi çərçivəsində həmin gün Şəmkir Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - müstəqil Azərbaycanın memarı” mövzusunda “dəyirmi masa” təşkil olunub.