AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 3-dən 15-dək Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər.
Dörd mərhələdən ibarət olan müsabiqənin püşkatmasının nəticələrinə əsasən hərbi aşpazlarımız 1-ci alt qrupda Qazaxıstan və Monqolustan komandaları ilə yarışacaqlar.
Hazırda hərbi aşpazlarımız “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam edirlər.