Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2017 11:11

“Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları liderlər üçlüyünə daxil olublar

Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları yarışların liderlər üçlüyünə daxil olublar.
Yarışların ikinci mərhələsinin yekun nəticələrinə görə Rusiya və Belarusdan sonra üçüncü yeri tutan Azərbaycan hərbi aşpazları üçüncü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq ikinci yerə yüksəliblər.
Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.