Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2020 11:28

Şəhidlərin xatirəsinə həsr olunmuş yarış keçirilib

Xocavənd rayon İdman Kompleksində Müdafiə Nazirliyinin və Xocavənd rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2017-ci ilin fevral ayında düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş hərbi hissələr arasında yunan-Roma, sərbəst güləş və cüdo yarışlarının final mərhələsi keçirilib.
Tədbirdə hərbi qulluqçular, Xocavənd rayon ictimaiyyəti nümayəndələri, müharibə veteranları, şəhid ailələri və rayonun orta məktəblərinin şagirdləri iştirak edib.
Yarış xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yanvarın 27-dən başlayan idman yarışında müxtəlif çəki dərəcələrində ümumilikdə 110  hərbi qulluqçu iştirak edib.
Yarışların nəticəsinə uyğun olaraq final mərhələsinin qaliblərinə diplom və kuboklar təqdim olunub.