Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2019 17:11

Şəhidlərin xatirəsinə həsr olunan idman yarışı keçirilib

Xocavənd rayonundakı “AREA” idman kompleksində hərbi birliyin tabeçiliyində olan hərbi hissələr arasında güləşin yunan-Roma və sərbəst növləri, eləcə də cüdo üzrə idman yarışları keçirilib.
Hərbi hissələrin şəxsi heyətinin qatıldığı tədbirdə general-mayor Mayis Bərxudarov, Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. 
Çıxış edənlər şəhidlik zirvəsinin müqəddəsliyindən, fiziki hazırlığın döyüş hazırlığının əsas tərkib hissəsi olduğundan, keçirilən bu kimi idman yarışlarının mühüm əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.