Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2022 14:04

Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn İsmayıl Mehdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Mərasim iştirakçılarına İ.Mehdiyevin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.