Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2021 15:28

Şəhid və qazi ailələri ziyarət olunub

Müdafiə Nazirliyi və “Əsgərə xatirə kitabı” layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz  rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.
Hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və  əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.  
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.