Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Yanvar 2022 13:44

Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib - VİDEO

Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.

Tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak ediblər. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb.

Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.