Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2025 15:19

Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram  oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə öncə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.