Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2022 16:46

Şəhid Elşad Əliyevin anım mərasimi keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Elşad Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Anım mərasimində şəhidin ailəsi, dostları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.