Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2019 12:30

Şəhid ailələri və övladları üçün gəzinti təşkil olunub

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, “Şəhid Övladlarına və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsi və onların övladları üçün gəzinti təşkil olunub.
Qonaqlar ilk olaraq tarixi mədəniyyət mərkəzi olan İçərişəhər və Şirvanşahlar Sarayında olublar. Qonaqlara Şirvanşahlar dövlətinin yaranma tarixi, fəaliyyət dövrü, hökmdarları haqqında məlumat verilib. Qeyd edilib ki, tarixin qədim və silinməz izlərini özündə əks etdirən sarayda olduqca qədim və qiymətli tarixi əsərlər saxlanılır.
Sonra qonaqlar Zirə Mədəniyyət Mərkəzini ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, rəsm əsərləri və xalçaçılıq nümunələrinə baxıb, uşaq oyun meydançasında əyləniblər.