AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətə başlayıb.
Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.