Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2019 20:08

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib - VİDEO

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, hərbi hissənin Təlim-Tədris Mərkəzində ordu quruculuğundan bəhs edən sənədli filmə baxıblar.
Qonaqlar hərbçilərimizlə birlikdə nahar ediblər.