Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2017 13:22

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində “Gücümüz birlikdədir” rəsm müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Silahlı Qüvvələrin şəxsi heyətinin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, əsgərlərin dünyagörüşünün artırılması və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsidir.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Qaliblərə Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və mükafatlar təqdim edilib.
Tədbirdə çıxış edənlər qalibləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.