Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 15:30

Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb - VİDEO

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.
Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.