Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2019 16:04

Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan, artilleriya, reaktiv və tankəleyhinə batareyalarla döyüş şəraitinə maksimal yaxın şəraitdə döyüş atışlı taktiki təlim keçirilib.
Təlimlər zamanı kəşfiyyat bölmələri, PUA və digər bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə döyüş uzlaşması tədbirləri icra olunub.
Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.