Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2022 11:13

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.
Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.
Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.
Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni daha da təkmilləşdirməkdir.
Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.