Quru Qoşunlarında şəhid ailələri, döyüş əməliyyatlarında sağlamlıqlarını itirmiş şəxslər və müharibə veteranları ilə keçirilən görüşlərdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə qonaqları salamlayan general-mayor Akif Pirverdiyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevin şəhid ailələrinə ünvanlanmış nitqini səsləndirib.
Tədbirlərdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların əziz xatirələrinin daim uca tutulmasının vacibliyindən danışılıb, bu müqəddəs yolda canlarından keçərək ali zirvəyə yüksələnlərin qəhrəmanlığının xalqımız üçün hər zaman örnək olacağı vurğulanıb.
Şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları çıxış edərək, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirlərin bədii hissəsində şəhid övladları və məktəblilər tərəfindən vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib, əbədi-bədii kompozisiyalar təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri və rəqs ansamblının təqdim etdiyi milli musiqi və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bədii hissə başa çatdıqdan sonra tədbirlərin iştirakçıları üçün çay süfrəsi təşkil edilib.