Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2023 12:31

Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib.
Keçirilən görüşlərdə şəhid ailələri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd olunub, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim edilib.
Şəhid ailələri və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət edilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.