Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2021 17:00

Qurban bayramı münasibətilə şəhid övladları üçün növbəti tədbir keçirilib - VİDEO

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyi və “Fire Land Production”nın təşkilatçılığı, Fairmont Baku “Flame Towers” və Azərbaycan Boks Federasiyasının dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri keçirilib.
Tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizi bir daha anmaq, onların övladlarına göstərilən diqqət və qayğının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək, eləcə də balacaları idmanla bağlı maarifləndirməkdir.
Tədbirdə fəxri qonaqlar tərəfindən şəhid övladlarına Xarı Bülbül döş nişanı təqdim olunub. Sonda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını verib.