Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2026 15:48

"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb. 
Təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.
Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.