AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu "Zabit vəzifələrinə hazırlıq kursu"nun qəbul imtahanlarına cəlb olunub.
Fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuranlar ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.