VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2026 16:48

"Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib. 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Tədbirdə ölkəmizdə həyata keçirilən ordu quruculuğuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək gənc leytenantları bu əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gələcək xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan danışan rektor hərbi qulluqçuların peşəkar inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Gənc zabitlərin təhsil müddətində əldə etdikləri biliklər sayəsində xidmət edəcəkləri bölmələrin döyüş ruhunu və mənəvi-psixoloji hazırlığını yüksəldəcəklərinə əminliyini ifadə edib. 
Çıxış edən kurs birincisi leytenant Sənan Piriyev məzunlar adından yaradılan şəraitə, kursun yüksək səviyyədə təşkilinə, eləcə də göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub. 
Kursu müvəffəqiyyətlə bitirən gənc zabitlərə sertifikatlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildikdən sonra xatirə fotosu çəkdirilib.