Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2021 12:30

"TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.
Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.
Təlimlər davam edir.