Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Mart 2015 09:00

"Novruz Bayramı" Hərbi Dəniz Qüvvələrində də təntənəli surətdə qeyd edilib

"Novruz Bayramı" Hərbi Dəniz Qüvvələrində də təntənəli sürətdə qeyd edilib. Mərkəzi Zabitlər Evinin və Qurban Abbasov adına Suraxanı Rayon Mədəniyyət Evinin bədii kollektivinin iştirakı ilə bayram konsert proqramları təşkil olunaraq keçirilib. Şəxsi heyət üçün bayram süfrəsi təşkil olunub və şəxsi heyətə bayram sovqatı paylanılıb.
Hərbi Dəniz Qüvvələri Komandanlığı adından 1-ci dərəcəli kapitan Ramil Əsgərov bayram münasibəti ilə şəxsi heyəti təbrik etmək üçün bölmə və gəmilərdə olub. Şəxsi heyətə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət quruluculuğundan, islahatlardan, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, şəxsi heyəti Müdafiə Naziri və Hərbi Dəniz Qüvvələri komandanı adından təbrik edib, şəxsi heyətə döyüş qabiliyyətinin, hərbi intizamın yüksəldilməsi istiqamətində xidmətdə uğurlar diləyib. Daha sonra 1-ci dərəcəli kapitan R.Əsgərov bayram münasibəti ilə hədiyyələr təqdim etdikdən sonra şəxsi heyət üçün hazırlanan bayram süfrəsinə qonaq olub.