Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2021 12:12

"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi davam edir - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi davam edir.
Yaradıcılıq müsabiqəsinin "Tamaşaçı rəğbəti" mərhələsində komandalar təmsil etdikləri ölkələrin xalq musiqilərini və rəqslərini təqdim ediblər.
Müsabiqə yerli televiziya kanalları və Rusiya Federasiyası müdafiə nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivinin təqdim etdikləri peşəkar ifa və rəqsin xoreoqrafik mürəkkəbliyi, zərifliyi və dəqiqliyi izləyicilərin diqqətini cəlb edərək, xoş təəssüratlar bağışlayıb.
Komanda üzvlərinin  birgə gərgin əməyi sayəsində hazırlanan repertuar iştirakçı komandaların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsinin "Tamaşaçı rəğbəti" mərhələsinin qalibi https://golosovanie-ac.mil.ru rəsmi internet səhifəsində tamaşaçıların səsverməsi əsasında müəyyənləşəcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd iştirak edən ölkələr arasında qarşılıqlı mədəniyyəti, incəsənəti və musiqi ənənələrini tanıtmaqdır.