Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 2022 16:54

"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.