Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2024 16:30

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.
Buraxılış mərasimində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.