Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2012 09:00

"Hərbi-mülki əməkdaşlıq" mövzusunda təlim kursu keçirilir


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən 13-16 noyabr tarixlərində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Hərbi-mülki əməkdaşlıq" mövzusunda təlim kursu keçirilir.
Kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən Silahlı Qüvvələrin zabitlərinə "NATO-da hərbi-mülki əməkdaşlığın əsasları, prinsipləri və doktrinası", "NATO-da hərbi-mülki əməkdaşlıq qərargahının strukturu", "Müxtəlif növ hərbi əməliyyatlarda hərbi-mülki əməkdaşlıq fəaliyyətinin planlaşdırılması", "Hərbi-mülki əməkdaşlıq üzrə əməliyyatların taktikası", "Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri əməliyyatlarında (İSAF) hərbi-mülki əməkdaşlıq", "Stabilləşdirmə əməliyyatları", "Hərbi-mülki əməkdaşlıq üzrə çoxmillətli qrupun vəzifələri və cavabdehlik sahələri", "NATO-da hərbi-mülki əməkdaşlıq fəaliyyətinin qiymətləndirilməsi üsulları, icra prosesinin effektivliyinin ölçülməsi və nəticələrin idarə edilməsi yolları" və başqa mövzular barədə brifinqlər verilir və sinif təlimləri keçirilir.