Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 13:44

"Gizir hazırlığı" kursu davam edir - VİDEO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Gizir hazırlığı" kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.
Atışdan qabaq kursantların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, onlardan istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın digər əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib.
Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.