Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2022 17:27

"Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı" adı uğrunda yarış keçirilib

2022-ci ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda "Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı" adı uğrunda yarış keçirilib.
Yarışda zəhərləyici maddələrin aşkar edilməsi, radiasiya və kimyəvi kəşfiyyatın aparılması üzrə tapşırıqlar icra edilib, həmçinin qoşunların müxtəlif döyüş fəaliyyətləri zamanı hərbi qulluqçuların aerozol maskalanması üzrə praktiki və səhra vərdişləri təkmilləşdirilib.