AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanda NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda əməliyyat səviyyəsində təlim kursu keçirilir.
Təlim kursunda NATO-nun əldə hazırlanmış partlayıcı qurğularla mübarizə strategiyası, strukturu, fəaliyyət planı, rəhbəredici sənədləri, standart əməliyyat prosedurları mövzuları müzakirə edilir.