Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2024 11:22

"Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - YENİLƏNİB VİDEO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
"Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri cənab Yaşar Güler çıxış edib.
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk Ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.
Sonda təntənəli konsert proqramı təqdim edilib.