Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək şəxsi heyətin hazırlıq səviyyəsini, eləcə də təminat və təchizatını yoxlayıb.
Ölkəmizi təlimdə təmsil edəcək hərbi qulluqçularla görüşən kontr-admiral S.Bəkirov Müdafiə Nazirliyinin rəhbərliyi adından onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.