Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2024 15:01

"Çin dili" kursunun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universiteti Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun buraxılış mərasimi keçirilib.
Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Keçirilən kursun əhəmiyyətindən danışan polkovnik E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Vanq Lei kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan Hərbi İdarəetmə İnstitutunun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib.
Həmçinin çıxışlarda bu cür kursların iki dövlət arasında hərbi əlaqələrin genişlənməsində vacib rolu olduğu vurğulanıb.
Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız Çin Xalq Respublikasında müxtəlif ixtisaslar üzrə keçiriləcək kurslarda iştirak edəcək, bilik və bacarıqlarını daha da artıracaqlar.
Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.