Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2022 15:09

"Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında Azərbaycan pavilyonuna maraq böyükdür

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə yaradılmış Azərbaycan pavilyonu ziyarətçilərdə böyük maraq doğurur.
Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.