Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2015 09:00

Qırğızıstan Respublikasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək


Fevralın 10-da Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyev Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Qırğızıstan Respublikasının Müdafiə naziri cənab A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.