Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2018 19:03

Qələbəyə gedən yol səngərlərdən keçir - VİDEO

Səngərdə xidmət hər bir əsgər üçün qürurverici olduğu qədər də məsuliyyətlidir. Düşmənlə üz-üzə dayanıb onun hər bir həmləsini öncədən duymaq və qabaqlayıcı tədbirlər görmək növbə çəkən hərbçinin üzərinə düşən mühüm tapşırıqdır.
Silah-sursatını döyüş vəziyyətinə gətirən əsgərlər komanda altında postu təhvil almaq üçün səngərə yollanırlar. Növbə çəkən əsgərlər müəyyən müddətdən sonra digərləri ilə əvəz olunur. Postu təhvil verən əsgər komandirinə ümumi vəziyyət barədə məruzə edir.
Postdan qayıdan əsgərlər növbəti dəfə xidmətə hazır olmaq üçün istirahət edirlər.
Ön xətdə yerləşməsinə baxmayaraq əsgər yataqxanası müasir tələblərə cavab verən hər bir şərait və istilik sistemi ilə təchiz olunub.
Əsgərlər asudə vaxtlarını da səmərəli keçirirlər. Bu vaxt ərzində onlar bədii qiraətlə və stolüstü oyunlarla məşğul olurlar.
Xalqımızın milli-mənəvi dəyərlərindən bəhrələnən əsgərlərimiz hərbi bilik və bacarıqları ilə düşmənə psixoloji həmlə edir, ordumuzu zəfər uğrunda səfərbərliyə səsləyirlər.