Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2021 17:41

Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə münasibətilə mayın 8-də Azərbaycan Ordusunun şəxsi heyətinin iştirakı ilə iməcilik təşkil olunub.
İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin xatirəsinə rayon və şəhərlərdə ucaldılmış abidələr ətrafında və “Qardaşlıq məzarları”nın ərazisində  təmizlik işləri görülüb, müxtəlif növ ağaclar, gül kolları əkilib və yaşıllıq zolaqları salınıb.