Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2021 18:10

“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib - VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və Gəncə  Qarnizonu  İdeoloji və Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub. İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.
Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub. Müsabiqənin keçirildiyi müddət ərzində 300.000-dən çox baxış sayı olub, ümumilikdə 151.000-ə yaxın şəxs səsvermədə iştirak edib. Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 nəfər qalib müəyyən edilib.
Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.