Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Yanvar 2015 09:00

Qanlı Yanvar həm faciə, həm də qəhrəmanlıq səhifəsi...

Bakı hərbi birliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Şəhidlər Xiyabanını ziyarət etməklə başlanmış tədbir Sumqayıt şəhərində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə davam etdirilib.
Mərasimdə çıxış edən polkovnik Qiyas Abbasov vurğuladı ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
Digər çıxış edənlər də bildirdilər ki, qanlı hadisələrdən illər keçsə də xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə isə dərin nifrətini bildirir.
Mərasim şəhid məzarlarının üzərinə gül dəstələrin qoyulması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.