Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2019 12:00

“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları keçirilib - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.
Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.